Rusiya, Ukrayna və ABŞ prezidentlərinin üçtərəfli görüşü yalnız razılaşmaların tamamlanması üçün mümkündür.
“İki sahil” Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Vladimir Putin, Donald Tramp və Volodimir Zelenskinin üçtərəfli formatda şəxsən görüşməsinin yalnız razılaşmaların yekunlaşdırılması üçün mənası var", - o deyib.
Peskov qeyd edib ki, Kiyev hazırkı danışıq mövqelərini saxladığı müddətcə Putin və Zelenskinin mümkün görüşünün məzmunu sual altında qalır.
O həmçinin vurğulayıb ki, Zelenskiyə Moskvaya gəlmək təklifi qüvvədə qalır.
İspaniya Aİ-yə Seutada qalan qeyri-qanuni miqrantlarla bağlı kömək üçün müraciət edib
Türkiyə XİN: Yunanıstanın Egey dənizi ilə bağlı qərarı hüquqi nəticə doğurmayacaq