Azərbaycan benzini Ermənistan bazarında yüksək tələbata malikdir, o çox sürətlə satılır.
"İki sahil" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə iqtisadiyyat naziri Gevorq Papoyan məlumat verib.
"Azərbaycan benzini (Ermənistanda - red.) çox sürətlə istehlak olunur. Nə qədər çox idxal ediriksə, bir o qədər tez sərf edilir. O (Azərbaycan benzini - red.) bitdikdə, (Ermənistanda - red.) benzin qiymətləri artır", - nazir bildirib.
İspaniya Aİ-yə Seutada qalan qeyri-qanuni miqrantlarla bağlı kömək üçün müraciət edib
Türkiyə XİN: Yunanıstanın Egey dənizi ilə bağlı qərarı hüquqi nəticə doğurmayacaq