10 fevral 2026 23:58
173

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: YENİ TƏRƏFDAŞLIQ VƏ LAYİHƏLƏR

Azərbaycan Respublikasında elm və təhsil sahəsində davam edən islahatlar mahiyətinə görə olduqca aktual tələblərin və çağırışların diqqətə alınmasına həm zəmin yaradır, həm onu əsaslandırır, həm də onu mahiyyətcə yeni keyfiyyət mərhələsinə gətirmiş olur. Belə bir inkişaf dinamikasının təşəkkülü, elmin və təhsilin paralel olaraq, regional miqyasdan milli səviyyəyə yüksəlməsinə təminat yaratmaqla, ona modernləşmə şəkli verir ki, bu da, bütün tərəflərinə görə yeni dövrün reallıq və tələblərinə xas olan görkəm qazandırır. Nəticə etibarı ilə, ölkənin milli təhsilinin və elminin dünya miqyaslı təşəkkülü mümkün olur. Məhz Naxçıvan Dövlət Universitetinin (NDU) hazırkı inkişaf mərhələsində bütün bu keyfiyyət göstəricilərinin hər birini görmək olur. Qalib ölkənin inkişaf edən ali məktəbi olaraq, dünyanın nüfuzlu universitetləri ilə ikitərəfli layihələr, ortaq araşdırmalar, tədqiqatlar, işbirlikləri və proqramlar üzrə əməkdaşlıqlar Naxçıvan Dövlət Universitetinin olduqca mühüm nəticələrindan birini təşkil etməkdədir.

Bu sahədə, inkişaf istiqamətli nəticələrdən biri də 5 fevral tarixində əldə olundu. Belə ki, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Naxçıvan Dövlət Universitetinin arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalandı. Memorandum, bütünlükdə, elmin və tədrisin uzunmüddətli perspektivlərini hədəf olaraq nəzərə alır və hər iki ali məktəbin bu sahədəki resurslarınan ortaq istifadəni nəzərdə tutur. Bu Momerandum, ixtisaslaşmanın, araşdırmaların, təşviqin, öhdəliklərin, təmsilçiliyin, iştirakın, təşəbbüslərin və bu kimi ortaq işbirliklərinin daha da aktuallaşan tərəflərini ortaya qoyur və onun daha etibarlı dayaqlarını formalaşdırır.

Memoranduma əsasən, hər iki ali təhsil ocağının birlikdə müştərək universitet modelini ortaya qoyur. Bu əsasda, elmi araşdırmalar üzrə qarşılıqlı işbirliyinin daha da gücləndirilməsi, sonrakı mərhələlər üzrə elmi-nəzəri bilik və təcrübələrin mübadiləsindən ibarət olan təkmil, dolğun, bununla da, nəticə və tələbəyönümlü ali məktəb strategiyasının təşəkkülü hədəflənmiş olur.

Ardıcıl, kompleks və əlaqəli əməkdaşlıqlar müstəvisində müəllim mobilliyinin təşəkkülü, pedaqoji təcrübənin üstünlüyü, hər iki universitetin heyətlərinin qarşılıqlı səfərlərindən ibarət olan proseslər, ortaq elmi komfransların və toplantıların keçirilməsi də bu memorandumun faydalı tərəflərini göstərməkdədir.

Hər bir tərəfdaş universitet bu Anlaşma Memorandumunun həyata keçirilməsinə və gələcək mübadilə proqramlarının hazırlanmasına nəzarət etmək və dəstək olmaq üçün bir koordinator təyin edəcək. Anlaşmada iştirak edən universitetlərin digər administratorları və departament nümayəndələri ilə işləyən koordinatorlar aşağıdakı öhdəliklərə malik olacaqlar:

- tədris və təhsil sahəsində həm müəllim, həm də doktorant səviyyələrində akademik əməkdaşlığın təşviq olunması;

- fərdi və qrup fəaliyyətləri üçün əsas əlaqə şəxs qismində çıxış etmək;

- tərəfdaş universiteti əməkdaşlığın arzulandığı bütün fəaliyyətləri planlaşdırmaq və əlaqələndirmək;

- cari fəaliyyətlər və birgə təşəbbüslər nəticəsində əldə olunan akademik nəticələr haqqında məlumatların yayılması;

- tərəfdaş qurumun imkanları, elmi nəşrləri, kitabxana materialları və tədris resurslarına çıxışın təmin olunması;

- arzu olunarsa, müntəzəm olaraq keçmiş fəaliyyətləri qiymətləndirmək və gələcək əməkdaşlıq üçün yeni əlaqələr yaratmaq;

- zəruri hallarda bu Anlaşma Memorandumunun həyata keçirilməsi strategiyasını müəyyən etmək üçün fakültə və kafedraların nümayəndələrindən ibarət işçi qrupu yaratmaq.

Buradan aydın olur ki, ikitərəfli əməkdaşlıqlar çoxistiqamətliliyinə görə seçilir, elmi və pedaqoji fəaliyyətin dayanıqlılığını hədəf olaraq götürür, bu sahədə, akademik fəaliyyətin modern təcrübəyə istinad edən əsaslarına təminat yaradır. Eyni zamanda, birgə fəaliyyət əsasında kitabxana resurslarına qarşılıqlı əlçatanlığın diqqətdə saxlanılması, yeni prioritetlərin müəyyən olunması daha da mühüm aktuallıq kəsb edəcəkdir. Həmçinin, ikitərəfli səmərəli araşdırmalar məqsədilə, tədqiqat qruplarının yaradılması, fəaliyyətinin tənzimlənməsi və ortaq nəticələrin əldə olunması daha səmərəli hesab olunur.

Naxçıvan Dövlət Universitetinin dünya ali təhsil müəssisələri içərisində tutduğu yer və mövqe, belə məhsuldar təşəbbüslərlə daha da möhkəmlənir və qarşılıqlı əməkdaşlıqlar üçün töhfələri yüksəlmiş olur. İstər ölkədaxili, istərsə də, xarici universitetlərlə əməkdaşlıqların təşkili sahələrində çoxistiqamətli işbirliklərinin təşkil olunması bütün tərəflər üçün səmərəli nəticələrinə görə seçilir və bu təşəbbüslərin müəllifi məhz Naxçıvan Dövlət Universitetidir. Elmi-nəzəri və təcrübi sahələrin sistemli şəkildə əlaqələndirilməsi, hər iki universitetin qarşılıqlı əməkdaşlıqlarının güclü dayaqlar üzərində möhkəmləndirilməsi, elmi nərşlərin və ortaq ideyaların reallığa çevrilməsi məhz bu əməkdaşlıqlar vasitəsilə mümkün olacaq. Xüsusilə, 6 ildən ibarət olmaqla, geridə qalan tədris illərinin uğurlu nəticələri bir daha göstərir ki, toplanan zəruri potensial müştərək araşdırma və simpozium üzrə təhsil layihələrinin həyata keçirilməsinə daha geniş zəminlər yarada biləcək. Bununla yanaşı, innovativ tədris və idarəetmə mexanizmlərinin təşəkkülü və mübadiləsi sahəsində əlverişli nəticələr də məhz bu memorandum əsasında gerçək olacaq.

Ardıcıl əməkdaşlıqlar çərçivəsində, hər iki universitetin elmi və pedaqoji heyəti qarşılıqlı şəkildə olmaqla, həm, elmi modellər, həm də nəzəriyyə üzrə müştərək araşdırmaların otaya qoyulmasına nail olacaqlar. Həmçinin, bu əsasda, elmi və metodik nəşrlərin mübadiləsindən ibarət olan fundamental tədqiqatların ərsəyə gətirilməsi də məhz yeni anlaşmanın daha da aktuallaşdıracağı nəticələrlə müşayiət olunacaq. Eyni zamanda, bu sahədə, uzunmüddətli perspektivlər də özünü göstərmiş olacaq. Nəticə etibarı ilə, bütün bunlar, ölkənin elm və tədris sahələri üzrə davamlı islahatlarına töhfə olacaq.

Ümumiyyətlə, fikrimizcə, hər iki universitet arasında Anlaşma Memorandumunun imzalanması, bir sıra perspektivlərinə görə seçilmiş olacaq ki, onları da bir sıra istiqamətlər üzrə təsnifləşdirmək olar.

İlkin olaraq, bu əməkdaşlıqları akademik perspektivlər üzrə əsaslandırmaq olar. Bu sahədə, xüsusilə, müəllim və tələbə mübadiləsinin şaxələndirilməsi hesabına tədris keyfiyyətinin yüksəldilməsinə görə nəticələr əldə olunacaq. Təbii olaraq, bu proeslərin davamı olaraq, müştərək təhsil proqramlarının, ikili diplom və sertifikat layihələrinin təşəkkülünə də dolğun mühit yaranmış olacaq. Ümumiyyətlə, bu proseslərdə, həm də, tədris proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılması kimi məsələlər də hərəkətverici qüvvə olacaq. Eyni zamanda, fikrimizcə, müasir dövrün aktual çağırışları müstəvisində rəqəmsal və hibrid təhsil modellərinin birgə tətbiqinə xas olan məsələlərin də geniş yer ala biləcəyini deyə bilərik.

Dayanıqlı və genişmiqyaslı elmi-tədqiqat perspektivlərinin diqqətə alınması ilə birgə elmi layihələrin və qrant proqramlarının hazırlanması daha səmərəli nəticələrlə müşayiət olunacaq. Eyni zamanda, beynəlxalq elmi jurnallarda ortaq nəşrlərin sayının artması və onların elm, tədris, həmçinin, milli iqtisadiyyat üçün səmərəliliyinin diqqətdə saxlanılması daha faydalı hesab oluna bilər. Burada onu da bildirmək olar ki, ortaq araşdırmalar məqsədilə, elmi laboratoriyalar və tədqiqat mərkəzləri arasında əməkdaşlığın gücləndirilməsi də bütün tərəflərinə görə faydalılığına görə qəbul oluna bilər. Təbii olaraq, bütün bunlar imkan verəcək ki, gənc tədqiqatçıların və doktorantların elmi fəaliyyətə daha fəal cəlb olunması ilə müəyyən olunan ortaq hədəflər daha da əlçatan olacaq.

İmzalanan memorandum yaxın gələcəkdə hər iki univesitetin daha da təşkilatlanma mərhələlərini sürətləndirmiş olacaq. Bu isə paralel olaraq, etibarlı tənzimləmələr çərçivəsində institusional inkişaf perspektivlərinin müəyyən olunmasına və onların daha dinamik şaxələnməsinə zəmin açmış olacaq. Bunlarla yanaşı, hər iki universitetin həm idarəetmə, həm də keyfiyyət təminatı mexanizmlərinin təkmilləşdirilməsinə əhəmiyyətli təsiri ilə seçiləcək. Ortaq fəaliyyət əsasında strateji planlaşdırma və universitet menecmenti sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi mümkün olacaq. Bu isə, təbii olaraq, insan resurslarının inkişafı və akademik heyətin peşəkar potensialının artırılmasında olduqca mühüm təsirinə görə daha da aktuallıq kəsb etmiş olacaq. Modernləşən elm və tədris proseslərinin davamlılığı müstəvisində rəqəmsal idarəetmə və universitet infrastrukturunun perspektivliliyində ortaq qərarların səmərəliliyi özünü göstərəcək.

Naxçıvan Dövlət Universitetinin uğurlu ixtisaslaşma proseslərinin davamlılığı üçün də olduqca əhəmiyyətli olacaq memorandum, eyni zamanda, beynəlxalq əməkdaşlıqlar üzrə perspektivlərin daha da yüksəlməsinə yol açacaq. Müəyyən olunan ortaq hədəflərin daha da əlçatan olması nəticə etibarı ilə ali məktəblərin beynəlxalq reytinqlərdə mövqeyinin gücləndirilməsinə etibarlılıq qazandıracaq. Beləliklə də, ortaq fəaliyyətin təşkili və idarə olunması əsasında qlobal akademik şəbəkələrə inteqrasiyanın sürətlənməsinə stimullaşdırıcı təsir mümkün olacaq. Bunun isə oldqca mühüm nəticələrini əlbəttə ki, tələbə mobilliyinin daha da şaxələnməsi ilə əldə etmiş olacağıq. Belə ki, ortaq ideyalar əsasında xarici tələbə və müəllimlərin cəlb olunması imkanlarının genişlənməsinə daha etibarlı zəmin olacaq. Olduqca mühüm nəticələrinə görə əhəmiyyətli olan bu poseslər, ortaq şəkildə beynəlxalq forumların, konfransların və simpoziumların təşkilinə diqqət artırılacaq.

Düşünmək olar ki, Naxçıvan Dövlət Universiteti ilə UNEC arasında imzalanan memorandum həm mahiyyətinə, həm də sosial və iqtisadi perspektivlərinə görə də əhəmiyətlilik kəsb edəcəkdir. Eyni zamanda, bu istiqamətdə həyata keçirilən ortaq layihələr, əmək bazarının tələblərinə uyğun olan kadr hazırlığının gücləndirilməsinə təkan olacaqdır. Hər iki regionun, hər iki elm və tədris mühitinin, hər iki ixtisaslaşma təsisatlarının ortaq elmi və innovasiya potensialının inkişafına töhfə olacağı da səmərəliliyinə görə seçiləcək. Daha faydalı, daha səmərəli və daha məhsuldar təşəbbüslər üzrə startap, innovasiya və texnologiya transferi sahəsində əməkdaşlığı daha da güləndirəcək ki, bu da nəticə etibarı ilə, hər iki universitet üçün səmərəli olacaq, həmçinin, universitet–sənaye əlaqələrinin möhkəmləndirilməsinə zəmin açacaq.

Beləliklə, Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanması, bütün tərəflərinə görə həm də, davamlılıq və uzunmüddətli perspektivlərinə görə seçilir. Həmçinin yeni iqtisadi reallıqlarla yanaşı, həm də, Milli Prioritetlər üzrə iqisadi şaxələndirmənin, müqavimətliliyin və diversifikasiyanın gücləndirilməsi üzrə həyata keçirilən islahatlara da təkan olacaqdır. Bu sahədə, uzunmüddətli və davamlı akademik tərəfdaşlıqların formalaşdırılması sahəsində də, mühüm nəticələr əldə olunacaq. Eyni zamanda, ortaq layihələr, yeni prioritetlər üzrə yaşıl universitet, sosial məsuliyyət və inklüziv təhsil təşəbbüslərinin birgə həyata keçirilməsinə də hərəkətverici təsiirinə görə seçiləcək.  Bütün bunlar isə, son nəticədə, təhsil və elmin qlobal çağırışlara uyğun adaptasiyası üçün də aktuallığına görə əhəmiyyətlilik qazanmış olacaq.

Cavadxan Qasımov,
NDU-nun dosenti,
iqtisad üzrə fəlsəfə doktoru