Avstraliya, İslam İnqilabı Keşikçiləri Korpusunun (İranın Silahlı Qüvvələrinin elit bölməsi - SEPAH,) üzvləri də daxil olmaqla İranın 20 vətəndaşına sanksiya tətbiq edib.
“İki sahil” xəbər verir ki, bu barədə xarici işlər naziri Penni Vonq bildirib.
"Avstraliya hökuməti İranın 20 vətəndaşına və üç qurumuna qarşı əlavə sanksiyalar tətbiq edir. Yeni siyahıya İran xalqına zülm etməkdə, daxili etirazların qəddarcasına yatırılmasında, həm İran daxilində, həm də xaricində insanların həyatlarına təhdid yaratmaqda iştirak edən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək vəzifəli nümayəndələri daxildir", - Vonq bildirib.
O, Avstraliya hakimiyyətinin əvvəllər SEPAH-ı terrorçuluğun dövlət səviyyəsində sponsoru (27 noyabr 2025-ci il) kimi tanıdığını qeyd edib.
Nazir həmçinin Avstraliyanın 300-dən çox İran vətəndaşına və qurumuna sanksiya tətbiq etdiyini açıqlayıb.
Finlandiya Rusiya ilə sərhədində 200 kilometr uzunluğunda hasarın tikintisini başa çatdırıb
Kuba ABŞ sanksiyalarından bir ildə 8,83 milyard dollardan çox zərər çəkdiyini açıqlayıb
Zelenski: ABŞ hərtərəfli sülh sazişi üzrə danışıqların bərpası imkanını araşdırır