Rusiya və ABŞ arasında məhbusların mübadiləsi məsələsi üzrə iş aidiyyəti xüsusi xidmət orqanları vasitəsilə aparılır.
“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.
"Bu cür məlumat vaxtından əvvəl açıqlanmamalıdır, çünki mümkün mübadilələrin parametrləri və üsulları həssas xarakter daşıyır və insanların taleyi sözün həqiqi mənasında onlardan asılıdır", - Rusiya XİN ABŞ ilə məhbusların yeni mübadiləsinin müzakirə olunub-olunmadığı barədə suala cavab verib.
Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov 2025-ci ilin oktyabrında qeyd edib ki, Rusiya məhbusların mübadiləsi mövzusu üzrə ABŞ tərəfi ilə əlaqədədir, lakin bu və ya digər yeni sxem istiqamətində fəaliyyət yoxdur.
Finlandiya Rusiya ilə sərhədində 200 kilometr uzunluğunda hasarın tikintisini başa çatdırıb
Kuba ABŞ sanksiyalarından bir ildə 8,83 milyard dollardan çox zərər çəkdiyini açıqlayıb
Zelenski: ABŞ hərtərəfli sülh sazişi üzrə danışıqların bərpası imkanını araşdırır