Dünya Bankı "Ukrenergo" Milli Enerji Şirkətinə Rusiya hücumlarından sonra enerji sisteminin bərpası üçün zəruri olan avadanlıqların alınması məqsədilə 40 milyon ABŞ dolları göndərəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin birinci müavini, energetika naziri Denis Şmıqal Dünya Bankının əməliyyat fəaliyyəti üzrə idarəedici direktoru Anna Byerde ilə danışıqların yekunlarına əsasən "X" sosial şəbəkəsində məlumat yayıb.
"Anna Byerde ilə söhbət etdim. Dünya Bankına ölkəmizə və xüsusən də enerji sistemimizə göstərdiyi daimi dəstəyə görə təşəkkür etdim. Növbəti yardım barədə razılığa gəldik: Dünya Banki "Ukrenergo"ya enerji sisteminin bərpasına zəruri olan avadanlıqların alınması üçün 40 milyon dollara qədər vəsait göndərməyi planlaşdırır. Sistemin möhkəmlənməsi üzrə birgə çalışırıq", - Şmıqal yazıb.
Finlandiya Rusiya ilə sərhədində 200 kilometr uzunluğunda hasarın tikintisini başa çatdırıb
Kuba ABŞ sanksiyalarından bir ildə 8,83 milyard dollardan çox zərər çəkdiyini açıqlayıb
Zelenski: ABŞ hərtərəfli sülh sazişi üzrə danışıqların bərpası imkanını araşdırır