02 fevral 2026 22:52
111

ABŞ Hindistana tətbiq etdiyi rüsumları azaldacaq

ABŞ Hindistana tətbiq etdiyi idxal rüsumlarını 25 %-dən 18 %-ə endirəcək.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp Hindistan Baş naziri Narendra Modi ilə telefon danışığının yekunlarına əsasən "Truth Social" sosial şəbəkəsində yazıb.

"Bu səhər Hindistanın Baş naziri Modi ilə danışmaq mənim üçün şərəf olub. O, mənim ən dəyərli dostlarımdan biridir. Baş nazir Modiyə olan hörmətimdən, onun xahişi ilə ABŞ və Hindistan arasında ticarət sazişi barədə razılığa gəldik, buna əsasən Birləşmiş Ştatlar azaldılmış tarif tətbiq edərək, onu 25 %-dən 18 %-ə endirəcək. Hindistan isə ABŞ-yə qarşı tariflərini və digər maneələrini 0 %-ə endirəcək", - o yazıb.

Trampın sözlərinə görə, Hindistan ABŞ-nin mallarının idxalını əhəmiyyətli dərəcədə artırmağı öhdəsinə götürüb: "Baş nazir, həmçinin enerji, texnologiya, kənd təsərrüfatı, kömür və bir çox digər məhsullara yönəldilən 500 milyard dollardan artıq vəsaitə əlavə olaraq, Amerika istehsalı olan məhsulları xeyli yüksək səviyyədə almağı öhdəsinə götürüb. Hindistanla möhtəşəm münasibətlərimiz gələcəkdə daha da möhkəmlənəcək".