29 yanvar 2026 16:36
125

Kaya Kallas: “Rusiyanın sülh niyyəti yoxdur”

Əbu-Dabidəki danışıqlarda Rusiya nümayəndə heyətinin tərkibi Moskvanın sülh barədə ciddi niyyətinin olmadığını nümayiş etdirir.

“İki sahil” xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas birliyə üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasından əvvəl belə deyib.

“Əbu-Dabidəki danışqılarda Rusiya tərəfindən ancaq hərbçilər iştirak edir ki, onların da heç nə ilə bağlı danışıqlar aparmaq mandatı yoxdur. Bu isə o deməkdir ki, onlar heç də sülhə köklənməyiblər”, - Ai diplomatiyasının rəhbəri bildirib.

Onun fikrincə, əksinə, ruslar ukraynalılara hücumlarını davam etdirir, bombalamaqla və dondurmaqala təslim olmağa məcbur etməyə çalışırlar. Ona görə də Aİ bu konteksti aydın şəkildə anlamalı və Rusiyaya təzyiqləri artırmalıdır.

"Rusiyanı həqiqətən də real danışıqlara məcbur etmək bizim üçün vacibdir. Hazırda onlar guya danışıqlar apardıqlarını göstərirlər. Biz onların Ukraynaya hücumlarını artırdıqlarını görürük, çünki onlar döyüş meydanında irəliləyə bilmirlər, buna görə də mülki şəxslərə hücum edirlər”, - Kaya Kallas vurğulayıb.