10 sentyabr 2026 14:23
70

Britaniya XİN Moskvadakı səfirliyin keçmiş mühafizəçisinin saxlanılmasını şərh edib

Böyük Britaniya səfirliyinin Moskvasdakı nümayəndəliyinin keçmiş mühafizəçisinin saxlanılması barədə məlumatı var və qurum hadisənin təfəruatlarını araşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə TАСС-a Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi məlumat verib.

"Biz bu insidentdən xəbərdarıq. Faktların müəyyənləşdirilməsi istiqamətində iş aparılır", – deyə o qeyd edib.

Bundan əvvəl Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Britaniya səfirliyinin mühafizəsini həyata keçirən təşkilatın keçmiş əməkdaşının saxlanıldığını açıqlayıb. Ona qarşı dövlətə xəyanət maddəsi ilə cinayət işi açılıb.

İstintaqın versiyasına görө, saxlanılan şəxs Ukrayna Təhlükəsizlik Xidmətinin agenti olub və ukraynalı blogger Dmitri Karpenkonun tapşırığı ilə britaniyalı diplomatlar barədə məlumat toplasa da, bu məlumatların səfirə qarşı potensial təxribatların hazırlanmasında istifadə olunacağı iddia edilir.