Fransa Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın hər bir sosial media publikasiyasına reaksiya verməyi vacib hesab etmir.
“İki sahil” xəbər verir ki, bu barədə Fransanın XİN-in Avropa işləri üzrə naziri Benjamen Addad bildirib. O, Ağ Ev rəhbərinin respublikanın dənizaşırı ərazilərinin ABŞ bayrağının rəngləri ilə boyandığı xəritəni paylaşmasını şərh edərkən belə deyib.
Benjamen Addad Sud Radio efirində ABŞ administrasiyasının iddialarını "kapriz" adlandırıb:
"Əgər biz Ağ Evin və Donald Trampın hər bir tweetinə reaksiya verməyə başlasaydıq, işləməyə vaxtımız qalmazdı. Hesab edirəm ki, onun hər kaprizini həddən artıq şərh etmək və həddindən artıq reaksiya vermək lazım deyil."
Britaniya XİN Moskvadakı səfirliyin keçmiş mühafizəçisinin saxlanılmasını şərh edib
Fransa heç vaxt olmadığı qədər Aİ-yə qarşı düşmənçilik mövqeyindədir - "Politico"