Hindistanın Madhya Pradeş əyalətinin Sinqrauli rayonunda gil karxanasının çökməsi nəticəsində üç nəfər ölüb, iki nəfər ağır yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə "The Press Trust of India" polisə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə rayon mərkəzindən təxminən 70 kilometr aralıda, Jiavan polis bölməsinin tabeliyində olan Kundvar postunun Parsohar kəndində baş verib.
Çökmə gil çıxarılarkən baş verib və beş nəfər dağıntılar altında qalıb. Yalnız iki nəfər xilas edilib.
Budanov: ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli sülh danışıqlarının yeni mərhələsi oktyabrda baş tuta bilər
Lavrov: Zelenskinin Moskvaya dəvət edilməsi Rusiya tərəfindən “xoşməramlı jestdir”
Gürcüstanın Baş Prokurorluğu Baramidzeni dövlətə xəyanət və təxribatda ittiham edib