Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefonla danışıb.
“İki sahil” xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Məlumata görə, danışıq zamanı regionda baş verən aktual məsələlər müzakirə olunub. Tərəflər Hörmüz boğazı ilə bağlı təmasları, eləcə də regionda davam edən qarşıdurmaların dayandırılmasına yönəlmiş danışıqların gedişini nəzərdən keçiriblər. Nazirlər həmçinin, Səudiyyə Ərəbistanına qarşı həyata keçirilən hücumları müzakirə edərək, bölgədəki son vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Budanov: ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli sülh danışıqlarının yeni mərhələsi oktyabrda baş tuta bilər
Lavrov: Zelenskinin Moskvaya dəvət edilməsi Rusiya tərəfindən “xoşməramlı jestdir”
Gürcüstanın Baş Prokurorluğu Baramidzeni dövlətə xəyanət və təxribatda ittiham edib