İndoneziyanın Qərbi Yava əyalətində baş verən torpaq sürüşməsi qurbanlarının sayı 16-ya çatıb.
“İki sahil” "Xinhua" agentliyinə istinadən xəbər verir ki, regional polis sözçüsü meyitlərin Qərbi Bandunqun Çisarua ərazisində aşkarlandığını bildirib. Tapılan 16 meyitdən yalnız yeddisinin şəxsiyyəti müəyyən edilib. Qalan qurbanların kimliyi DNT testi vasitəsilə müəyyən edilir və şəxsiyyəti naməlum olan meyitlər müvəqqəti yerli xəstəxanada saxlanılır.
Bundan əvvəl İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyi (NSA) dağıntılar altında qaldığı güman edilən təxminən 80 nəfəri axtarmaq üçün təxminən 250 nəfərlik heyət göndərmişdi.
Budanov: ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli sülh danışıqlarının yeni mərhələsi oktyabrda baş tuta bilər
Lavrov: Zelenskinin Moskvaya dəvət edilməsi Rusiya tərəfindən “xoşməramlı jestdir”
Gürcüstanın Baş Prokurorluğu Baramidzeni dövlətə xəyanət və təxribatda ittiham edib