İstanbulda Bayrampaşa Bələdiyyəsinə qarşı aparılan korrupsiya araşdırması çərçivəsində saxlanılan 13 şübhəlidən səkkizi həbs olunub.
“İki sahil” bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.
İstanbul Respublika Baş Prokurorluğu tərəfindən Bayrampaşa Bələdiyyəsindəki bəzi dövlət məmurlarına və digər şübhəlilərə qarşı "mənimsəmə", "vəzifə səlahiyyətlərindən sui-istifadə", "rüşvət vermə", "rüşvət alma" və "tenderə fırıldaq qatışdırma" cinayətləri üzrə aparılan təhqiqat çərçivəsində saxlanılan 13 nəfərin polis bölməsindəki prosedurları başa çatıb.
Şübhəlilər tibbi müayinədən keçdikdən sonra İstanbul Ədliyyəsinə sövq ediliblər.
Prokurorluqdakı dindirmələrdən hakim qarşısına çıxarılmış vəzifəsindən kənarlaşdırılan Bayrampaşa Bələdiyyə sədri Həsən Mutlunun qardaşı Ayhan Mutlu və Ahmet Tufan da daxil olmaqla səkkiz nəfərin həbsinə qərar verilib.
Beş şübhəli barəsində isə məhkəmə nəzarət tədbirinin tətbiq edilməsini qərara alınıb.
Budanov: ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli sülh danışıqlarının yeni mərhələsi oktyabrda baş tuta bilər
Lavrov: Zelenskinin Moskvaya dəvət edilməsi Rusiya tərəfindən “xoşməramlı jestdir”
Gürcüstanın Baş Prokurorluğu Baramidzeni dövlətə xəyanət və təxribatda ittiham edib