Azərbaycanda 2025-ci il üzrə ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının janr bölgüsü açıqlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.
Statistikaya əsasən açıq ümumölkə yerüstü televiziya yayımında keçən il ərzində efirdə olmuş proqramların janr bölgüsünə görə, 23,47 % informasiya və analitik proqramlar, 16,33 % musiqi və əyləncəli proqramlar, 15,90 % idman proqramları tutub.
13,45 % bədii filmlər və seriallar, 10,90 % reklam məzmunlu materiallar, 8,04 % mədəni-maarif janrında, 3,82 % anonslar, elanlar, 2,93 % sosial yönümlü proqramlar tutub.
Statistikaya görə, 2,89 % sənədli film və materiallar, 1,17 % sosial çarxlar, 1,10 % uşaq proqramları və cizgi filmlər olub.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq