İşğaldan azad edilmiş ərazilərdə 2025-ci il ərzində 1079 döyüş silahı aşkar edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin 2025-ci ilin yekunlarına həsr olunan kollegiya iclasında məlumat verilib.
Bildirilib ki, sözügedən dövrdə 5 199 odlu silahın 1 079-u işğaldan azad edilmiş ərazilərdə aşkarlanıb.
Həmin ərazilərdən odlu silahlarla yanaşı, 2 183 mərmi və 220 mindən çox patron da tapılıb.
2025-ci ildə qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 502 fakt müəyyən edilib, həmin cinayətlərə görə 153 nəfər tutulub.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq