Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağsu Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Ağsu rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib.
“İki sahil” xəbər verir ki, qəbula gələn vətəndaşların müraciətləri əsasən buğda və arpa sahələrinin sığortalanması, aqrar sığorta haqlarının hesablanması və ödənişi və digər məsələlərlə bağlı olub.
Fuad Sadıqov vətəndaşların müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərlə bağlı ətraflı izah və məlumat verib, onların hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Qəbul zamanı qaldırılan məsələlər yerindəcə həllini tapıb.
Qəbul zamanı bildirilib ki, aqrar sığorta dövlət tərəfindən aqrar sahədə çalışan fermer və təsərrüfatlara mühüm dəstək mexanizmidir. Sığorta haqqının yarısının dövlət tərəfindən ödənilməsi sayəsində fermerlər olduqca sərfəli şərtlərlə aqrar sığortadan faydalanıb əkin sahələrini və heyvanlarını çoxsaylı hadisələrdən qoruya bilərlər.
Qəbuldan sonra Fuad Sadıqov Ağsu rayonunda yerləşən intensiv xurma və şaftalı bağlarına baş çəkib, fermerlərin həyata keçirdiyi hazırlıq işləri ilə tanış olub.
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq