22 yanvar 2026 13:42
102

NATO rəsmiləri Tramp ilə söhbətdə MAKRONU TƏNQİD EDİBLƏR

NATO nümayəndələri ABŞ prezidenti Donald Trampla Davosda Qrenlandiya ətrafındakı vəziyyəti müzakirə edərkən Fransa prezidenti Emmanuel Makronu tənqid ediblər.

“İki sahil” xəbər verir ki,  bu barədə "The Daily Telegraph" mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, alyans rəsmiləri Trampla söhbət zamanı Fransa liderini, həmçinin onun Avropa İttifaqı ilə bağlı mövqeyini tənqid ediblər.

Söhbət Aİ-nin məcburetməyə qarşı mexanizmindən gedir. Emmanuel Makronun sözlərinə görə, Avropa “ona hörmət edilmədiyi hallarda” bu alətdən istifadə etməyə hazır olmalıdır.

Qəzetin həmsöhbətləri bildiriblər ki, bu cür ritorika ABŞ administrasiyasının rəhbərinin rəğbətini qazanmaq və Avropa İttifaqı daxilində mövcud fikir ayrılıqlarını qabartmaq məqsədi daşıyıb. Bundan əvvəl fransız analitik Siril de Latr RT-yə müsahibəsində Emmanuel Makronun ziddiyyətli bəyanatlarına görə ona ciddi yanaşmağın çətin olduğunu bildirib.