13 sentyabr 2026 21:58
120

Livan və İsrail səfirləri gələn həftə Vaşinqtonda görüşəcək

Livan və İsrail səfirləri gələn həftə Vaşinqtonda üçtərəfli çərçivənin tətbiqini müzakirə etmək üçün görüşəcəklər.

“İki sahil” APA “əl-Cəzira” kanalına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Beyrutdakı səfirliyi məlumat yayıb. Səfirliyin yaydığı məlumata görə, Livan-İsrail rəsmi danışıqlarının növbəti mərhələsi oktyabr ayında Romada keçiriləcək.