Milli standartlaşdırma üzrə Dövlət Proqramına uyğun olaraq “Fərdi mühafizə vasitələrinin təhlükəsizliyi haqqında” milli texniki reqlament layihəsi hazırlanıb və 478 istinad standartı müəyyən edilib.
Bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Vəli Quliyev mətbuat konfransında "Əməyin mühafizəsi sahəsində standartların hazırlanması və tətbiqi istiqamətində hansı işlər görülüb?"sualına cavabında bildirib.
Onun sözlərinə görə, AZSTAND/TK21 Texniki Komitəsi çərçivəsində 110 yeni dövlət standartı qəbul olunub və bununla da 2024-2025-ci illər ərzində əməyin təhlükəsizliyi sahəsində təsdiq edilmiş dövlət standartlarının sayı 167-yə çatdırılıb. Hazırda bu istiqamətdə işlər ardıcıl şəkildə davam etdirilir.
Onu da diqqətinizə çatdırım ki, Azərbaycanda əməyin sağlamlığı və təhlükəsizliyi sahəsində ilk qəbul edilmiş dövlət standartı AZS ISO 45001 “Əmək sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi sistemi. Tələblər və tətbiq üzrə izahlar” dövlət standartıdır.
Yaqut Ağaşahqızı, “İki sahil”
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq