Avropa Komissiyası (AK) Gürcüstan vətəndaşlarının diplomatik və xidməti pasportları üçün vizasız rejimin dayandırılması prosesinə başlayıb.
“İki sahil” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə AK-nın mətbuat katibi Markus Lamert bildirib.
"AK hesab edir ki, Gürcüstan hakimiyyətinin fəaliyyəti viza rejiminin liberallaşdırılması prinsiplərini zəiflədir, Aİ-nin norma və dəyərlərinə uyğun deyil, iqtisadi, humanitar, mədəni, elmi və digər əlaqələrin sabit inkişafına maneə törədir", - deyə o qeyd edib.
M.Lamertin sözlərinə görə, əgər geri çəkilmə davam edərsə, vizasız rejiminin dayandırılması mexanizmi bütün Gürcüstan vətəndaşlarına şamil olunacaq.
Orban Magyarın rəhbərlik etdiyi hökumətə qarşı fəal siyasi mübarizəyə qayıtdığını açıqlayıb
Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunan səviyyəyə çatıb