İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı genişləndirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.
Xidmətlər Zərfinə eşitməyə köməkçi vasitənin uyğunlaşdırılması (1 seans (koxlear protezin illik istifadə tamamlandıqdan sonra 4 dəfə nitq prosessorunun tənzimlənməsi xidməti (fitting), konsultasiya daxil), eşitməyə aid digər qeyri-operativ prosedurlar (koxlear protez cihazının xarici komponentləri) koxlear protez cihazı istifadəçisinin hazırda istifadə etdiyi səs (nitq) prosessorunun (minimum 5 (beş) il müddətində istifadə edilmiş olması şərtilə) bir üst modeli ilə əvəzləşdirilməsi (konsultasiya daxil) aid edilib.
Həmçinin eşitməyə aid digər qeyri-operativ prosedurlar (koxlear protez cihazının xarici komponentləri) koxlear protez cihazı istifadəçisinin hazırda istifadə etdiyi səs (nitq) prosessorunun istifadəyə yararsız olduğu təqdirdə eyni model səs (nitq) prosessoru ilə (komplektləşdiricilər xaric) əvəzləşdirilməsi (konsultasiya daxil), (istehsalçı tərəfindən zəmanət şərtlərində nəzərdə tutulmadığı hallarda, minimum 1 (bir) il müddətində istifadə edilmiş olması şərtilə) zərfə daxil edilib.
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq