Milli Məclisin deputatı Anar Məmmədov Abşeron Rayon Mədəniyyət Mərkəzində Ağdərə rayonundan olan sakinlərin növbəti qəbulunu keçirib.
“İki sahil” xəbər verir ki, fərdi qaydada baş tutan qəbul zamanı millət vəkili sakinlərin müraciətlərini, şikayət və təkliflərini tək-tək dinləyib. Görüşdə vətəndaşların qaldırdığı müxtəlif mövzulu məsələlər aidiyyəti üzrə qeydiyyata alınıb.
Qəbul zamanı millət vəkilinin səlahiyyətləri çərçivəsində həll edilməsi mümkün olan bir sıra problemlər yerindəcə öz müsbət həllini tapıb. Araşdırılması tələb olunan digər müraciətlərlə bağlı isə müvafiq qurumlara sorğuların göndərilməsi və nəticələrin izlənilməsi qərara alınıb.
Görüşdə iştirak edən ağdərəli sakinlər onlara göstərilən diqqətdən və müraciətlərinin həssaslıqla dinlənilməsindən məmnunluqlarını ifadə ediblər. Vətəndaşlar ölkədə həyata keçirilən genişmiqyaslı sosial layihələrə, şəhid ailələrinə, qazilərə və məcburi köçkün ailələrinə göstərilən davamlı qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını bildiriblər.
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq