21 yanvar 2026 16:15
91

Putin və Uitkofun görüşəcəyi təsdiqləndi

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkof yanvarın 22-də Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

“İki sahil” xəbər verir ki,  bu barədə o, CNBC telekanalına verdiyi müsahibədə bildirib.

Uitkofun sözlərinə görə, o, yanvarın 22-də ABŞ liderinin kürəkəni Cared Kuşnerlə birlikdə Rusiyaya səfər edəcək.

Stiv Uitkof və Cared Kuşner son aylarda ABŞ administrasiyasının Ukrayna münaqişəsinin siyasi-diplomatik yolla nizamlanması istiqamətində apardığı təmaslarda fəal iştirak edirlər. Onlar müxtəlif tərəflərlə danışıqlar üçün kanallarının açıq saxlanmasına və mümkün kompromis variantlarının müzakirəsinə yönəlmiş təşəbbüslərdə iştirak edirlər.