Ovçuluq və Atıcılıq Sərgisi “SHOT Show” ötən gün ABŞ-nin Las-Veqas şəhərində fəaliyyətə başlayıb.
“İki sahil” xəbər verir ki, ilk dəfə 1979-cu ildə keçirilən və hər il təşkil olunan “SHOT Show” atıcılıq idmanları, ovçuluq və hüquq-mühafizə sənayesi ilə bağlı bütün peşəkarlar üçün ən böyük və ən əhatəli sərgi kimi tanınır.
İştirakçı şirkətlərin innovativ məhsullarını nümayiş etdirdiyi sərgidə odlu silahlar, sursatlar, zirehli saxlanc sistemləri, bloklama mexanizmləri, silah qabları, optik vasitələr, atış poliqonu avadanlıqları, təlim vasitələri və ov aksessuarları kimi məhsullar təqdim olunur.
“Venetian Expo” və “Caesars Forum” məkanlarında keçirilən sərgi bu il 126 ölkədən iştirakçıları 2 800-dən çox şirkət və təchizatçı ilə bir araya gətirir.
“SHOT Show 2026”da bu il də Türkiyədən geniş iştirak qeydə alınıb. Sərgidə 70-dən artıq Türkiyə şirkəti yer alıb.
Sərgidə “Maşınqayırma və Kimya Sənayesi” (MKE), “Canik”, “Sarsılmaz”, TİSAŞ, “Derya”, “Armsan”, “Turaç” və GİRSAN kimi Türkiyənin aparıcı istehsalçıları iştirak edir.