Erməni Kilsəsinin islahatı üzrə Şura bu gün rəsmi bəyanat verərək yepiskopları katolikos II Qareginin xaricdə çağırdığı toplantıya qatılmamağa çağırıb.
“İki sahil” xəbər verir ki, bəyanatda Avstriyada keçiriləcək yepiskoplar toplantısına dair qərarın ləğv edilməsi və bu cür ayrı-seçkilik yarada biləcək addımlardan çəkinməyin zəruriliyi tələb olunur.
Şura yepiskopları bu avantüraya qoşulmamağa, kilsənin birliyini pozan hərəkətləri rədd etməyə çağırıb.
Həmçinin, yepiskoplara xarici təsir altında olan, dövlət əleyhinə fəaliyyət göstərən hazırkı kilsə rəhbərliyinin təxribat xarakterli addımlarına tabe olmamaq və əxlaqi-psixoloji təzyiqinə qarşı möhkəm dayanmaq tövsiyə olunub.