21 yanvar 2026 11:13
152

Aİ ölkələrinin əksəriyyəti ABŞ-nin “Sülh Şurası”na qoşulmaq dəvətini rədd edib

Avropa İttifaqına (Aİ) üzv ölkələrin əksəriyyəti ABŞ prezidenti Donald Trampın elan etdiyi “Sülh Şurası”na daxil olmaq üçün göndərilən dəvəti qəbul etməyib.

“İki sahil” xəbər verir ki, bu barədə Financial Times nəşri mənbələrə istinadla məlumat yayıb.

Qəzetin yazdığına görə, Avropada bir çoxları narahatdır ki, “Sülh Şurası” qlobal münaqişələrin tənzimlənməsi məsələlərində BMT-ni əsas beynəlxalq platforma kimi arxa plana keçirə bilər.

FT-nin həmsöhbətləri bildiriblər ki, Aİ-də narahatlıq doğuran digər məqam isə Rusiya prezidenti Vladimir Putinin də bu struktura dəvət olunmasıdır. Məhz bu amil Avropa ölkələrinin təşəbbüsə ehtiyatla yanaşmasına səbəb olub.