17 yanvar 2026 21:06
90

Ukraynanın Rusiyanın hava hücumundan müdafiə vasitələrini və dron anbarını vurub

Ukrayna Müdafiə Qüvvələri Krımın müvəqqəti işğal olunmuş ərazisində Rusiya qoşunlarının hava hücumundan müdafiə vasitələrini, həmçinin Donetsk vilayətindəki dron anbarını vurub.

“İki sahil” xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadla məlumat yayıb.

Hərbçilərin məlumatına görə, Krımda Yevpatoriya rayonu yaxınlığında “Nebo-U” radiolokasiya stansiyası, həmçinin Xutorok yaşayış məntəqəsi yaxınlığında “Pantsir-S1” zenit-raket və artilleriya kompleksi vurulub.

Bundan əlavə, Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində, Donetsk şəhəri yaxınlığında Ukraynanın Müdafiə qüvvələri Rusiya qoşunlarının pilotsuz uçuş aparatlarının saxlanıldığı məntəqəni vurub.

Baş Qərargahdan bildirilib ki, düşmənə vurulan itkilərin miqyası dəqiqləşdirilir.