Nepalda Çinlə sərhəddə baş verən dağıdıcı torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1 396 nəfərə çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Nepal hakimiyyətinə istinadən məlumat yayıb. Daha əvvəl 1 386 nəfərin öldüyü bildirilib. Məlumata görə, 5 100-dən çox insan hələ də itkin düşüb.
Təbii fəlakət avqustun 16-da səhər Nepalin şimalında qar uçqunu nəticəsində baş verib. Güclü qaya axını çay yatağı boyunca 70 kilometrdən çox məsafəni yüksək sürətlə qət edib, böyük ərazini su basıb. Çində 43 nəfər ölüb, 519 nəfər isə itkin düşüb.
Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı qanun layihəsi dəstəklənib