Serbiya Prezidenti Aleksandar Vuçiç sentyabrın 27-də vəzifəsindən istefa verəcəyini açıqlayıb.
“İki sahil” xəbər verir ki, Vuçiç bu barədə “Pink” telekanalına müsahibəsində bildirib. Qeyd edək ki, sentyabrın 9-da Serbiya Prezidenti Milli Məclisin buraxılması və oktyabrın 25-də növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərarları təsdiqləyib.
Vuçiç daha əvvəl seçkilərə adi vətəndaş kimi qatılacağını açıqlamışdı. Hakim Serbiya Proqressiv Partiyasının sədri Miloş Vuçeviç isə onun partiyanın seçki siyahısına rəhbərlik edəcəyini və baş nazirliyə namizəd olacağını bildirib.
Hakan Fidan Məkkə Müdafiə Sazişi ilə bağlı işlərin son mərhələyə çatdığını bildirib
Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır