Suriya ordusu Hələbin şərqində yerləşən Deyr Hafir şəhərini “Suriya Demokratik Qüvvələri”ndən (SDQ) təmizləyib.
“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, SDQ razılaşmanı pozub və Məskənə şəhəri yaxınlığında Suriya ordusuna məxsus patrula hücum edib və iki əsgəri öldürüb, bir neçə əsgəri isə yaralayıb.
Suriya televiziyası bildirib ki, ordu Rəqqa vilayətinə daxil olub və Dəbsı Afnan qəsəbəsinə nəzarəti ələ keçirib.
Qeyd edək ki, Suriya ordusu qeyri-qanuni silahlı birləşmə olan Suriya Demokratik Qüvvələrinə (SDQ) qarşı əməliyyatlarını genişləndirib. Əməliyyatlar SDQ-nin silahlarını təhvil vermələri və vahid Suriya ordusuna inteqrasiyası üzrə keçirilən danışıqların nəticəsiz yekunlaşmasından sonra başlayıb.
Aİ ölkələrində mühafizəkar dairələrdən miqrantların deportasiyasına çağırışlar artır
İrəvanda İran əleyhinə keçirilən etiraz aksiyasının yeddi iştirakçısı saxlanılıb