15 sentyabr 2026 12:47
78

ÇİN XİN: Filippinin Nаnışa arxipelaqına iddiaları qanunsuzdur

Filippinin Cənubi Çin dənizindəki Nаnışa  arxipelaqı üzrə dəniz yurisdiksiyasına iddiaları qanunsuzdur. Çin bu ərazidə öz suveren hüquqları çərçivəsində hərəkət edir.

“İki sahil” TASS-s istinadla xəbər verir ki, bu barədə Çin XİN-in rəsmi nümayəndəsi Quo Szyakun brifinqdə Manilanın son bəyanatını şərh edərkən bildirib.

"Nаnışa arxipelaqı heç vaxt Filippin ərazisinin tərkibində olmayıb. Dəniz hüquqlarının quru üzərində suvsritentdən irəli gəldiyini müəyyən edən beynəlxalq hüquq prinsipə uyğun olaraq, Filippinin Çin ərazisi üzərindəki dəniz yurisdiksiyasına dair iddiaları qanunsuzdur", – deyə diplomat qeyd edib.

Quo Szyakunun sözlərinə görə, Manilanın bəyanatları ziddiyyətlidir. "Bu, məhz Filippin tərəfinin iddialarının absurd və özbaşına olduğunu sübut edir", – deyə o, vurğulayıb. XİN nümayəndəsi bir daha bəyan edib ki, Cənubi Çin dənizi üzrə arbitraj qərarı "qanunsuz, etibarsızdır və heç bir məcburi qüvvəyə malik deyil". Çin ərazi suverenliyini, dəniz hüquqlarını və maraqlarını qorumaq üçün tədbirlər görməyə davam edəcək.