Sabah Qaradağ rayonunun bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
"Qaradağ rayonu, Qobustan qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar 14 yanvar saat 10:00-dan etibarən P.Abbasov küçəsinin qaz təchizatı dayandırılacaq", - məlumatda qeyd olunub.
Ümumi təhsil müəssisələrinin 2026-2027-ci tədris ili üçün tədris planları təsdiqlənib
Azərbaycan XİN Meksika və Papua Yeni Qvineyanı milli günləri münasibətilə təbrik edib