13 yanvar 2026 11:09
72

Ağ Ev Trampın Qrenlandiya xəritəsi ilə fotosunu paylaşıb

Ağ Ev ABŞ Prezidenti Donald Trampın Qrenlandiya xəritəsi fonunda çəkilmiş fotosunu X sosial şəbəkəsində yayımlayıb. Fotoda Tramp pəncərədən çölə baxır, pəncərənin arxasında isə Qrenlandiyanın xəritəsi yerləşdirilib. Paylaşımın altında “Vəziyyəti izləmək üçün klikləyin” qeydi yer alıb.

“İki sahil” xəbər verir ki, bu paylaşım Trampın son açıqlamaları fonunda diqqət çəkib.

ABŞ prezidenti bu həftə bildirib ki, ölkə “bu və ya digər şəkildə” Qrenlandiyanı əldə edəcək. Onun sözlərinə görə, əks halda ada Rusiya və ya Çinin nəzarətinə keçə bilər.

Eyni zamanda, ABŞ Konqresinə Qrenlandiya üzərində nəzarətin gücləndirilməsi və adaya ABŞ ştatı statusunun verilməsi ilə bağlı qanun layihəsi təqdim olunub. Təşəbbüs ABŞ-da və beynəlxalq arenada müzakirələrə səbəb olub.

Qrenlandiya hökuməti isə bu cür bəyanatlara sərt reaksiya verərək adanın ABŞ tərəfindən ələ keçirilməsinin qəbuledilməz olduğunu açıqlayıb.