Rusiyanın Krasnoyarsk diyarının Kuraqin rayonunda qar uçqunları səbəbindən yolda hərəkət məhdudlaşdırılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnoyarsk diyarı üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
"Magistral yolda qar uçqunu olub. Kuraqin dairəsində Kuraqino - Çeremşanka avtomobil yolunun 27-ci kilometrliyində ümumi həcmi 100 kubmetr olan qar kütləsi uçub. Avtomobil yolunda hərəkət məhdudlaşdırılıb", - məlumatda bildirilib.
Qurumdan qeyd edilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.