11 yanvar 2026 18:34
122

Tramp: Kuba artıq Venesueladan neft və pul almayacaq

ABŞ Prezidenti Donald Tramp Kubanı "diktatura rejimlərini" dəstəkləməkdə günahlandırıb və Venesueladan neft tədarükünün qarşısını almaqla hədələyib.

“İki sahil” xəbər verir ki, o, bunu "TruthSocial"da yazıb.

Onun sözlərinə görə, uzun illər Kuba Venesueladan gələn külli miqdarda neft və pul hesabına yaşayıb: "Bunun müqabilində Kuba son iki Venesuela diktatoruna "təhlükəsizlik xidmətləri" göstərib, amma indi artıq belə deyil!".

O xatırladıb ki, ötən həftə ABŞ-ın Venesuelaya hücumu zamanı həlak olanların əksəriyyəti kubalılar olub: "Venesuelanın indi dünyanın ən güclü hərbi qüvvəsi olan ABŞ-ın müdafiə etməsi lazımdır və biz də onları müdafiə edəcəyik. Kubaya artıq neft və ya pul daxil olmayacaq - Sıfır! Çox gec olmamışdan əvvəl razılaşma əldə etmələrini tövsiyə edirəm".