17 sentyabr 2026 08:02
102

Tramp Körfəz ölkələrinin liderləri ilə görüş keçirməyi planlaşdırır

ABŞ Prezidenti Donald Tramp sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Körfəz ölkələrinin liderləri ilə görüş keçirməyi planlaşdırır.

“İki sahil” “Axios”a istinadla xəbər verir ki, görüşdə İranla müharibənin növbəti mərhələsi və sonrakı dövr üçün ABŞ-nin strategiyası müzakirə olunacaq.  Görüşə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, Küveyt və Omanın liderlərinin və ya xarici işlər nazirlərinin qatılacağı bildirilir.