Vaşinqton, Beyrut və İsrail arasında “Üçtərəfli Çərçivə” yalnız danışıqlar üçün siyasi çərçivəni formalaşdırır, hüquqi mənada razılaşma və ya müqavilə demək deyil.
“İki sahil” xəbər verir ki, “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, bunu Livanın Baş naziri Nəvaf Sallam bu gün hökumətin iclasında bildirib. Baş nazir vurğulayıb ki, Beyrut danışıqlardan istənilən nəticələri hələ əldə etməyib. Qeyd edib ki, İsrail qoşunlarını Livan ərazilərindən tam geri çəkməyib. Əlavə edib ki, Livanın danışıqlarda mövqeyi daxili dəstək alanda daha güclü olur. Baş nazir diqqətə çatdırıb ki, bir neçə sakin hələ də əsirlikdədir və insanlar öz evlərinə qayıda bilmirlər: “Buna baxmayaraq, danışıqlar hələ davam edir. Hökumətin siyasəti Livanın regional tərəflərin mübarizəsi meydanına çevrilməsinin qarşısını almağa yönəlib”.
Xatırladaq ki, sentyabrın 17-də Fransa Prezidentinin dəvəti, Livan və İordaniyanın dövlət başçılarının iştirakı ilə Livan ordusuna və daxili təhlükəsizlik qüvvələrinə dəstək konfransı keçiriləcək.
“PAŞA Holdinq” 2015-ci ildən bəri Gürcüstan iqtisadiyyatına təxminən 60 milyon ABŞ dolları həcmində sərmayə yatırıb
Qrenlandiya və Antarktidadakı buzlaqlar son yarım əsrdə ümumilikdə 11,3 trilyon ton buz itirib
Vuçiç öz xalqına və ölkə vətəndaşlarına sədaqətlə xidmət etmiş insan kimi vəzifədən gedir