11 yanvar 2026 18:26
131

Gülüstan vilayətində iğtişaş təşkilatçıları saxlanılıb

İranın Gülüstan vilayətində iğtişaşların bir sıra təşkilatçıları saxlanılıb, digərləri isə təqib altındadır və yaxın zamanda həbs olunacaqlar.

“İki sahil” xəbər verir ki, bu barədə Gülüstan vilayətinin Məhkəmə İdarəsi məlumat yayıb.

Bildirilib ki, baş verən iğtişaşlar zamanı Gürganda 4 bank binası dağıdılıb və daha 2 bank binasına 50% ziyan vurulub.

Bundan başqa, Gürgan vilayətinin inzibati binası da yandırılıb.

Gülüstan vilayətiİran iğtişaşHəbs