Venesuelada “Kolektivos” adlandırılan silahlı və motosikletli qruplar amerikalıları və Donald Trampın venesuelalı tərəfdarlarını ovlamağa başlayıblar.
“İki sahil” “Haber Global”a istinadla xəbər verir ki, bununla əlaqədar ABŞ Dövlət Departamentinin Konsulluq İşləri Bürosu, amerikalı səyyahlar üçün ən yüksək xəbərdarlıq səviyyəsini qoruyaraq Venesuelaya səyahət tövsiyəsini yeniləyib.
"Kollektiv olaraq tanınan silahlı milis qruplarının yolları bağladığı və ABŞ vətəndaşlığını və ya ABŞ-a dəstək sübutu tapmaq üçün nəqliyyat vasitələrini axtardığı barədə məlumatlar var." - məlumatda qeyd edilib.
ABŞ rəsmilər Venesueladakı təhlükəsizlik vəziyyətinin "dəyişkən" olduğunu vurğulayaraq çağırış ediblər: "Beynəlxalq uçuşların bərpası ilə əlaqədar olaraq, Venesueladakı ABŞ vətəndaşları dərhal ölkəni tərk etməlidirlər. Getməzdən əvvəl vətəndaşlar tədbir görməli və ətraflarına diqqətli olmalıdırlar."
Venesuela amerikalılar üçün yaratdığı əhəmiyyətli risklərə görə "Səviyyə 4: Səyahət etməyin" kateqoriyasında qalır. Müəyyən edilmiş risklərə aşağıdakılar daxildir: qanunsuz həbs, həbs zamanı işgəncə, terrorizm, adam oğurluğu, yerli qanunların özbaşına tətbiqi, cinayət, vətəndaş iğtişaşları və qeyri-kafi səhiyyə infrastrukturu.
Bildirilib ki, sözügedən motosiklet əsaslı milis qruplarını küçələrdə fəaliyyətlərini artırıb, amerikalıları, Donald Tramp tərəfdarlarını və ya ABŞ maraqları ilə əlaqəli şəxsləri hədəf alıblar.
Məhərrəm Ağalaroğlu, “İki sahil”