09 yanvar 2026 12:26
159

Tokayev: ABŞ ilə strateji tərəfdaşlığı gücləndirəcəyik

Qazaxıstan ABŞ ilə strateji tərəfdaşlığı gücləndirməkdə davam edəcək.

“İki sahil” Akordaya istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ səfiri Culi Stafftin etimadnaməsinin təqdim edilməsi mərasimində bildirib.

Qazaxstan-ABŞ münasibətlərindən danışan Qazaxıstan Prezidenti Culi Staffta onun keçən ilin noyabrında ABŞ-yə səfərinin əhəmiyyətini və uğurlu olduğunu xatırladıb.

"Prezident Donald Trampla səmimi və eyni zamanda məzmunlu söhbətimiz oldu. Bu yaxınlarda ikitərəfli əməkdaşlığımıza aid bir çox məsələlərə dair məhsuldar telefon danışığımız olub. Bu ilin sonunda ABŞ-də keçiriləcək G20 sammitinə dəvət üçün minnətdaram. Biz bir çox sahələrdə strateji tərəfdaşlığımızı qorumaq və möhkəmləndirmək üçün əlimizdən gələni edəcəyik", - Tokayev vurğulayıb.