17 sentyabr 2026 23:57
92

Rusiyanın itkiləri açıqlandı - 1667-ci gün

Ukrayna müharibənin 1667-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 513 490 hərbçi, 12 346 ədəd tank, 25 345 ədəd zirehli döyüş maşını, 49 863 ədəd artilleriya sistemi, 2 139 (reaktiv yaylım atəş sistemi), 1 645 hava hücumundan müdafiə sistemi, 442 ədəd hərbi təyyarə, 356 ədəd helikopter, 2 644 ədəd yerüstü robot-texnika kompleksi, 520 508 ədəd PUA, 150 018 ədəd avtomobil texnikası, 5 111 qanadlı raket, 35 gəmi/kater, 2 sualtı qayıq, 4 697 xüsusi avadanlıq itirib.