Rusiyanın Kiyevə hücumu nəticəsində xəsarət alanların sayı 25 nəfərə çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə Kiyev şəhər prokurorluğunun məlumatında deyilir.
"Rusiyanın bu gün Kiyevə hücumu nəticəsində 4 nəfər həlak olub, daha 25 nəfər yaralanıb. Yaralılar arasında tibb işçiləri, xilasedicilər və bir polis əməkdaşı var", - məlumatda qeyd olunur.
Hücum nəticəsində paytaxtın Darnitski, Dneprovski, Desnyanski, Peçerski, Şevçenkovski, Qoloseyevski və Svyatoşinski rayonlarına ziyan dəyib. 19 çoxmənzilli bina, bir səfirlik binası, tramvay deposu, avtomobillər, supermarket və yanacaqdoldurma məntəqəsi zədələnib.