09 yanvar 2026 09:49
150

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,04 ABŞ dolları və ya 1,6 % artaraq 65,64 ABŞ dolları təşkil edib.

“İki sahil” xəbər verir ki, "Brent" markalı neftin mart fyuçerslərinin qiyməti 62,93 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,06 ABŞ dolları və ya 1,69 % artaraq 63,86 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.