Bakı şəhər Statistika İdarəsi paytaxt üzrə 7 ayın sosial-iqtisadi göstəricilərini açıqlayıb
Sənayenin inkişafı haqqında
2026-cı ilin yanvar-iyul aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 31,0 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 72,7 faizi mədənçıxarma, 23,8 faizi emal, 2,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.
Sənayedə qeyri-dövlət sektorunun payı 82,9 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 88,2 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 11,8 faiz təşkil etmişdir.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 avqust 2026-cı il vəziyyətinə 461,6 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 52,3 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.
Tikintinin əsas göstəriciləri
2026-cı ilin yanvar-iyul aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş tikinti işlərinin 83,3 faizini inşa, yenidənqurma və bərpa, 6,3 faizini əsaslı təmir, 6,3 faizini cari təmir, 4,1 faizini isə sair tikinti işləri təşkil etmişdir.
Ümumi tikinti işlərinin 86,2 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.
Məhsul bazarı haqqında
2026-cı ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 22617,7 milyon manatlıq, o cümlədən 12205,6 milyon manatlıq ərzaq malları, içkilər və tütün məmulatları, 10412,1 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 4,7 faiz, o cümlədən ərzaq malları, içkilər və tütün məmulatları üzrə 1,1 faiz, qeyri-ərzaq malları üzrə 9,2 faiz artmışdır. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 0,9 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 7,1 faiz artmışdır. İstehlak məhsullarının 37,0 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 45,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17,5 faizi isə paytaxtın əmtəə bazarlarında satılmışdır.
İctimai iaşə
2026-cı ilin yanvar-iyul aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,0 faiz artaraq 1167,1 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 741,0 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 63,5 faizini təşkil etmişdir.
Ödənişli xidmətlər haqqında
2026-cı ilin yanvar-iyul aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,8 faiz artaraq 5621,1 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 4873,4 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 86,7 faizini təşkil etmişdir.
Əməkhaqqı
2026-cı ilin yanvar-iyun aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin müvafiq dövrünə nisbətən 8,1 faiz artaraq 1487,3 manat olmuşdur.
Bakı şəhər Statistika İdarəsi
Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna MEDİA-TUR TƏŞKİL OLUNUB
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Astarada kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində görülmüş işlər və hədəflər müzakirə olunub - FOTO
Energetika naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə müzakirələr aparıb