07 noyabr 2026 13:00
30

ABB-nin dəstəyi ilə ölkəmizdə ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi keçirildi

Bakı Ekspo Mərkəzində Azərbaycanın ilk ixtisaslaşmışbeynəlxalq daşınmaz əmlak və investisiya sərgisi olan“AIREX 2026” keçirilib. Müxtəlif ölkələrdən 70-dən çox yerlivə beynəlxalq şirkətin iştirak etdiyi sərgiyə ABB də tərəfdaşlıqdəstəyi verib. 

“AIREX 2026” mənzil almaq istəyən müştəriləri, daşınmaz əmlaka sərmayə qoymaq istəyən investorları, busektorun peşəkarlarını bir araya gətirib. Sərgi ziyarətçilərəyerli və beynəlxalq layihələrlə tanış olmaq, onlarınxüsusiyyətləri barədə ətraflı məlumat əldə etmək və şirkətnümayəndələri ilə birbaşa ünsiyyət qurmaq imkanı yaradıb.

Sərgi həmçinin daşınmaz əmlak bazarının iştirakçılarıarasında peşəkar dialoqun inkişafı, təcrübə mübadiləsi və yeniəməkdaşlıq imkanlarının müzakirəsi üçün platforma rolunuoynayıb.

Ziyarətçilər ölkəmizdə daşınmaz əmlak sektorununmaliyyələşdirilməsi və ipoteka sahəsində lider mövqedəqərarlaşan ABB-nin bu sahədə yaratdığı imkanlar, dəstəklədiyilayihələrlə də yaxından tanış olublar.

“AIREX 2026” noyabrın 6-a qədər davam edib. Müzakirələrdə Azərbaycanın şəhərsalma perspektivləri, yeniinkişaf layihələri, brend rezidensiyalar, premium yaşayışlayihələri, şəhər və məhəllələrin planlaşdırılması, dayanıqlıtikinti, eləcə də maliyyə və texnologiya şirkətlərinin daşınmazəmlak sektoru ilə əməkdaşlıq imkanları müzakirə edilib.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.