08 yanvar 2026 16:36
172

Hakan Fidan: Terrorla vidalaşmaq vaxtıdır

Suriya Demokratik Qüvvələrinin separatçılıq və terrorla vidalaşmaq vaxtıdır.

“İki sahil” "CNNTurk"ə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada omanlı həmkarı Bədr bin Hamed əl-Busaidi ilə keçirdiyi birgə mətbuat konfransında Suriyada baş verən son hadisələri qiymətləndirərkən deyib.

Nazir bildirib ki, Suriya Demokratik Qüvvələri (SDQ) nəzarəti altında olan əraziləri nəyin bahasına olursa-olsun saxlamağa çalışır:

"Bu qruplaşma Suriyanın sülh və sabitliyə qovuşmasının qarşısındakı ən böyük maneədir. Belə barışmaz mövqe Suriyanın və bölgənin reallıqlarına ziddir. SDG-nin terrora və separatçılığa artıq vida etmək vaxtıdır".

H.Fidan qeyd edib ki, Suriya hökumətinin keçən həftə SDQ ilə baş tutan təmaslar ətraflı dəyərləndirilib:

"Türkiyə olaraq arzumuz bölgədəki həssaslıqları nəzərə alan və Suriyaya sabitlik gətirəcək bir razılaşmaya nail olmaqdır".