08 yanvar 2026 15:25
152

Rusiya XİN: Ukraynada yerləşdiriləcək Qərb hərbi bazaları qanuni hədəf olacaq

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniya və Fransanın Ukrayna ərazisində hərbi bazalar yerləşdirmək planlarının xarici müdaxilə kimi qiymətləndiriləcəyini və həmin obyektlərin Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəflərə çevriləcəyini bəyan edib.

“İki sahil” xəbər verir ki,  Zaxarovanın açıqlaması Rusiya XİN-in rəsmi internet saytında dərc olunub.

Vurğulanıb ki, Qərb ölkələrinə məxsus istənilən hərbi infrastrukturun Ukrayna ərazisində yerləşdirilməsi xarici müdaxilə və birbaşa təhlükəsizlik təhdidi kimi dəyərləndiriləcək.

Mariya Zaxarova xəbərdarlıq edib ki, bütün xarici hərbi bölmələr və obyektlər Rusiya Silahlı Qüvvələri tərəfindən qanuni döyüş hədəfləri kimi nəzərdən keçiriləcək.

Diplomat, həmçinin qeyd edib ki, münaqişənin sülh yolu ilə həlli yalnız Ukraynanın neytral statusa qayıtması, ölkənin hərbsizləşdirilməsi və mövcud ərazi reallıqlarının tanınması şərti ilə mümkündür.