Ermənistan və Azərbaycan potensial qarşılıqlı ticarət üçün mal siyahılarının mübadiləsini aparır və öyrənir.
“İki sahil” "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra brifinqdə bildirib.
"Hazırda proseslər gedir – Ermənistan və Azərbaycan satışı və ya alışında maraqlı olduqları potensial malların siyahılarının mübadiləsini aparır", - Paşinyan vurğulayıb.
Hökumətin Azərbaycan benzinini kimlərin alacağını necə müəyyən etməsi ilə bağlı sualı şərh edən Paşinyan qeyd edib ki, bazar əvvəlcədən araşdırılıb və təklif bu imkanı siyasi aksiyaya çevirməyəcək şirkətlərə verilib.
Onun sözlərinə görə, Azərbaycanın neft məhsullarını Ermənistana satmaq təklifini Azərbaycan Baş nazirinin müavini delimitasiya komissiyalarının görüşündə irəli sürüb.
"Biz dedik ki, belə bir imkan var (Azərbaycanın neft məhsullarını almaq - red.). Və hər iki tərəfdən şirkətlər, səhv etmirəmsə, bizim tərəfdən 2 şirkət əlaqə qurdu", - o qeyd edib.
Paşinyan vurğulayıb ki, Azərbaycan neft məhsullarını satmaqdan imtina edən yanacaqdoldurma məntəqələrindən ibarət şəbəkələr də olub.
Azərbaycandan 7,6 min ton neft məhsullarının idxalını gözləyirik - Gevork Papoyan