Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasına (MŞ) yeni sədr təyin edilib.
“İki sahil” xəbər verir ki, bu, indiyə qədər sədr müavini olan Azərbaycan Mərkəzi Bankının Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktoru Umeyra İbrahimovadır.
O, yeni vəzifəsində İcbari Sığorta Bürosunun Audit komitəsinin sədri Elçin Əlizadəni əvəz edib.
MDM-in MŞ-nın keçmiş sədri bundan sonra qurumun İdarə Heyətinin (İH) sədri kimi fəaliyyət göstərəcək və yeni vəzifəsində Ağahüseyn Xudaverdiyevi əvəz edəcək. İH-nin keçmiş sədri isə MDM-in MŞ-nın sədr müavini təyin edilib.
Sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi nə qədər olub?
Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna MEDİA-TUR TƏŞKİL OLUNUB
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Astarada kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində görülmüş işlər və hədəflər müzakirə olunub - FOTO
Energetika naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə müzakirələr aparıb